˝Payız adamı˝ kitabı oxuculara təqdim olundu
15.04.2019

İdman jurnalisti kimi fəaliyyət göstərən Mehman Rəsulov 2016-cı ildən "Söz" ədəbi layihəsinin iştirakçısı, 2017-ci ildə ARB telekanalında yayımlanan "Xalqın şairi" müsabiqəsinin finalçısıdır. "Payız adamı" adlı ilk şeirlər toplusu 2019-cu ildə Teas Press Nəşriyyat evi tərəfindən çap olunub. Kitabın imza günü 15 aprel tarixində, Gənclik Mall-da yerləşən LİBRAFF mağazasında keçirilib. Tədbirdə müəllifin həmkarları, oxucuları və bıra tanınmış şəxslər iştirak edib.