Türkiyənin tanınmış tarixçisi İlbər Ortaylının Teas Press tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş "Türklərin Qızıl Dövrü" kitabının təqdimatı və imza günü keçirilib. Girişdə kitab barədə məlumat verən müəllif, daha sonra oxucuların suallarını cavablandırıb.

Kitaba “Türklər və tarix”, “Əmir Teymur və Teymurilər”, “Qızıl Orda dövləti” və s. fəsillər daxildir.

Yüzlərlə oxucunun iştirak etdiyi tədbirin sonunda İlbər Ortaylı hər kəsin kitabını imzalayıb.