VI Bakı Kitab Sərgi-Yarmarkası keçiriləcək
23.09.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
 
TEAS Press Nəşriyyat evi bu il də maraqlı pavilionla sərgidə iştirak edəcək. Nəşriyyat evi təkcə yeni nəşrlərlə deyil, həmçinin hər gün müxtəlif yazarların imza saatlarını keçirməklə oxucuları sevindirməyi düşünür. 
 
Bundan başqa nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və s. aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Sərgi-yarmarkayaziyarətçiqismində qatılmaq və həmin tədbirlərdə iştirak etmək sərbəstdir.

Sərgi-yarmarka üç gün davam edəcək.