Xəbərlər

Noyabrın 27-də Portuqaldilli ədəbiyyatın Şekspiri sayılan Maşado de Assisin"Don Kasmurro" kitabının təqdimatı keçirildi. Tədbirdə Braziliya hökümətinin ölkəmizdəki səfiri və bir sıra digər rəsmi şəxslərin iştirak edib. Tədbirin xüsusi qonağı olan Azərbaycanın tanınmış piano ifaçısı və bəstəkarı İsfar Sarabski ifası ilə qonaqları sevindirib.  
“BP Azerbaijan” şirkəti idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib. TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gələn bu kitablar şirkətin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitindən ilk 3 dərsliyin tərcüməsidir.
2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir. Bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən TEAS Press 5 il ərzində 700 addan çox kitab nəşr edib. 
VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən TEAS Press  NəşriyyatI sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün "Ən yaxşı nəşriyyat" mükafatına layiq görülüb.
VI Bakı Kitab Sərgi-Yarmarkasında 27-29 sentyabr tarixlərində hər gün TEAS Press Nəşriyyat evinin üç müəllifinin imza saatları keçiriləcək. 
27-29 sentyabr tarixlərində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Azərbaycanın görkəmli şairi, yazıçısı və kinodramaturqu Ramiz Rövşənin “Sevgi açarı”, “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” kitablarının təqdimatı və imza günü olub.
Dünyaca tanınmış türkiyəli Tarixçi İlbər Ortaylının "Türklərin Qızıl Dövrü" kitabının imza günü keçirilib. Görüşdə yüzlərlə oxucusu ilə görüşən müəllif daha sonra kitabları bir-bir imzalayıb. 
"Xalqın şairi" televiziya layihəsinin qaliblərindən olan, telejurnalist Mehman Rəsulovun şeirlərdən ibarət ilk  "Payız adamı" kitabının imza günü keçirilib.
Kitabın müəlliifi Vüsalə Məmmədova kitab haqqında qonaqlara geniş məlumat verib: "Əsir düşərgəsi” kitabında doqquz hekayə toplanıb. Bu hekayələr təxminən otuz insanın, otuz girovun taleyini, yaşadığı faciəni əhatə edir. Birinci kitabdan fərqli olaraq bu kitabda döyüşçü Fəxrəddin Abışovun hekayəsi yer alıb"...