Xəbərlər və Tədbirlər

Arzu Qafarlı: "Həmişə qorxudan qorxu doğub, narahatlıq üstünə narahatlıq gəlib. Çətin zamanlarda səni öz təsir dairəsinə salan kədər, əsəb, qorxu, təəssüf və günah hisslərini dayandıra bilməzsən. Amma onları saf emosional reaksiya kimi qəbul edə, sonra da elə ələ ala bilərsən ki, gələcəkdə görəcəyin işlərdə sənə hakim kəsilməsin." 
1 oktyabr – Beynəlxalq Musiqi günü, Bakı Muğam Mərkəzində şairə və pianoçu Zəhra Bədəlbəylinin yeni şeir kitabının təqdimat mərasimi keçirilib.
Detektiv əsərlərdən sonra (bəlkə də əvvəl) ən çox oxunan və sevilən əsərlər macəra janrında yazılanlardır. Hər bir detektiv əsərdə tapmacanın mütləq çözüləcəyi, qatilin, canilərin ifşa ediləcəyi mütləq və gözləniləndirsə, macəra janrında yazılan əsərlərdə epiloqu öncədən proqnozlaşdırmaq olmur. Ona görə də maraqlıdır. 
Əhvalat belə oldu;  Sodom krallığının ordusunda muzdlu və güclü bir döyüşçü olan İbrahim öz şücəatilə tez-tez döyüşlərə girdiyi Fələstin torpaqlarında bir miqdar torpaq ala bildi. Arvadı Sara öləndən sonra oğlanlarını da götürüb o torpaqlara köçdü.
Bununla da yəhudiliyin, bəlkə də, bütün dünyanın tarixi başladı ki, bu tarix haqqında indiyədək minlərlə kitab yazılıb. Biz bu yazımızda onlardan biri, bu yaxınlarda  Günel Əhmədovanın  Azərbaycan dilinə tərcüməsində TEAS Press Nəşriyyat evində  nəşr olunmuş Saymon Sebaq Montefiorenin “Yerusəlim” kitabı haqqında danışacağıq. 

Rayonların birində qadın qohumum yaşayırdı. Uşaqlığımız bir yerdə keçmişdi. Üzdən gözəl olsa da, nitqində kiçik qüsur var idi. Məktəb üzü görməmiş, savad almamışdı, dünyagörüşü geniş deyildi. Atası onu zorla ruhi xəstəliyi olan bir oğlana ərə vermişdi, qadın da daima ağlayırdı. Sonra tale onlara gözəl bir oğlan hədiyyə etdi. Çox yaxşı oxuyurdu. Bakıda qohumlarıgildə qalırdı. Neçə tərifnaməsi, diplomu vardı. Bir gün qəfil dünyasını dəyişdi. Adi bir qızdırmadan. Yasa mən də gedəsi oldum. Amma bir az gec getmişdim. Ona görə uşağın yaxınları, xüsusən anası ilə söhbətləşmək imkanım oldu.

Fransa ədəbiyyatı deyərkən ağlımıza hansı adlar gəlir? Orta oxucu üçün 3-4 ad var. V.Hüqo, O.Balzak, A.Düma, Molyer, Mopassan və daha bir neçə nəfər. Onların həyatı barədə isə çox az şey bilirik. Ən azı öz payıma deyim.

 Dünya, xüsusilə də Qərb ədəbiyyatına Frans Kafkanın "kobud" ezoterik təsiri danılmazdır, desəm, yəqin ki, kitab qurdlarının çoxu mənimlə əlüstü razılaşar. Son dövrlər oxuduğum Qərb mənşəli yazıçılar Con Maksvell Kutzeenin "Barbarları gözləyərkən" Dino Bussatinin "Tatar çölü", Puşkinin məşhur şerinin misrasında deyildiyi kimi, "Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar"

Yazıçı, şair Aqşin Yenisey yeni "Tarix və tale" romanının nəşrinə hazırlaşır. Bunun üçün artıq TEAS PRESS Nəşriyyat evi ilə yazıçı arasında müqavilə də imzalanıb. Aqşin Yeniseyin "Tarix və tale" romanı əsasən Azərbaycanın müstəqillik illərini əhatə edir.

Lao Tzının fəlsəfəsini özümçün axıra saxlamışam həmişə. Bu fəlsəfəyə girişmək üçün hazır olmadığımı düşünmüşəm.
Laqeydlik böyük güc tələb edir. Əksərən, özünü məcbur etməli olursan, əhəmiyyətsiz hadisələrlə qarşılaşdıqda öhdəsindən gəlmək asan, bəzi anlardasa həddən artıq çətin olur.