Missiya

Haqqımızda

Azərbaycanın müasir nəşriyyat sferasında ən qabaqcıl nəşriyyat evinə çevrilən və özünəməxsus dəst-xətti olan "TEAS Press" Nəşriyyat Evi Azərbaycanda kitabçılıq işinə dəstək vermək, xarici dillərdən akademik və müxtəlif nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2014-cü ildən təsis edilmişdir. 

Ölkə başçısı cənab İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən TEAS Press Nəşriyyat evi daima müxtəlif tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə öz töhfəsini verməyi qarşısına məqsəd qoyub. Nəşriyyatın çap məhsulları ölkə və bir çox beynəlxalq miqyaslı müsabiqələrin qalibi olmuş, dünya və Avropa sərgilərində uğurla nümayiş etdirilmişdir. 2019-cu il sentyabrın 27-29-da Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edən TEAS Press Nəşriyyat evi nazirliyin Təşkilat Komitəsinin qərarına əsasən, sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün mükafatına layiq görülüb. 

 Missiyamız

• Azərbaycan oxucusunu müasir dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək;

• Ötən əsrin sonlarında keçmiş SSRİ-nin ən çox mütaliə edən respublikalarından sayılan indiki müstəqil Azərbaycanın vətəndaşlarında yenidən kütləvi oxu vərdişlərini bərpa və daha da inkişaf etdirmək, onların ən müxtəlif sahələrə aid maraqlı və dəyərli kitablara olan tələbatının ödənilməsində fəal iştirak etmək;

• Azərbaycan Respublikasının dünyada daha yaxından tanıdılmasında mühüm rol oynaya biləcək müxtəlif çeşidli kitabların nəşrini təmin etmək və bu nəşrləri yaymaq;

• Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin kiril qrafikasından latın qrafikasına keçirilməsi barədəki tapşırığı əks etdirən bəndin də yer aldığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun, 2001-ci il tarixli fərmanından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar, 2004-cü il tarixli və "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust, 2007-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə bir nəşriyyat olaraq öz töhfəmizi vermək;

• Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Azərbaycan ədəbiyyatının müxtəlif səpkili nümunələri, klassik və müasir yazıçılarımızın əsərlərinin ən yaxşı örnəkləri ilə təmin etmək;

• Azərbaycan vətəndaşlarını, xüsusilə də gənc nəsli, gənc elm və iş adamlarını müasir dünyanın inkişaf tendensiyalarının nəbzini tutan, yeni texnika və texnologiyalardan bəhs edən, müasir biznesin inkişaf istiqamətlərini elmi şəkildə şərh edən elmi-kütləvi, habelə bədii-fantastik, əyləncəli, maarifçi ədəbiyyatla, müasir dərslik və tədris vəsaitləri ilə təmin etmək.