Əsərlərin qəbulu

TEAS Press Nəşriyyat evi müxtəlif yaş qruplarından olan oxucular üçün həm bədii, həm də digər janrlarda əsərlər çap edir. Nəşr portfelini daha da genişləndirməyi hədəfləyən TEAS Press Nəşriyyat evi Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı müəlliflərdən əsər qəbuluna başladığını elan edir.

Nəşriyyat evi hazırda hekayələr toplusunun və romanların, habelə başqa janrlarda olan əsərlərin çapında maraqlıdır. Təcrübəli müəlliflər və tərcüməçilər təqdim etmək istədikləri əsərlərini submissions@teaspress.az elektron ünvanına göndərə bilərlər.

Həcmi 50 səhifədən az olan əsərlər Word və ya PDF formatında (maksimum ölçü 2mb) göndərilə bilər. Daha böyük həcmdəki əsərlərin isə ilk iki fəslini və kitabın qısa məzmununu yuxarıda göstərilən elektron ünvana yollamaq tövsiyə olunur.