"Bələdçi" kitabının təqdimat mərasimi keçirilib
22.02.2026
LIRBAFF mağazalar şəbəkəsinin Park Akademiya filialında gənc yazıçı Fidan Tağısoyun "Bələdçi" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə blogerlər, yazıçılar, tanınmış şəxslər və nəşriyyat nümayəndələri iştirak edib. Açılışı kitabın ərsəyə gəlməsi ilə bağlı qısa filmlə edilən tədbir maraqlı müzakirələr və suallar, cavablarla davam edib.
Tədbirin sonunda müəllif oxucuları üçün imza saatı edib və onlarçün kitabları imzalayıb, xatirə şəkilləri çəkiblər.