ADA Yazı Mərkəzində tələbələrlə görüş baş tutub
05.03.2026
Elçin Əzimli tələbələrlə “Necə yazmalı?” mövzusunda görüş keçirib
TEAS Press və ADA Universitetinin «Yazı mərkəzi»nin birgə təşkilatçılığı ilə tanınmış yazıçı Elçin Əzimli universitet tələbələri ilə görüşüb.
“Necə yazmalı?” adlı ustad dərsində yazıçılıq fəaliyyəti, yaradıcılıq prosesinin görünməyən tərəfləri, özünüdərk və şəxsi inkişaf mövzuları ətrafında səmimi müzakirələr aparılıb.
Görüşün sonunda iştirakçılar üçün kitabların imzalanması və xatirə şəkilləri çəkdirilib.
Tədbirin təşkilinə dəstək verdiyi üçün iştirakçılar TEAS Press nəşriyyatına və müəllifə öz təşəkkürlərini bildiriblər.