Elxan Elatlının ən yeni kitabı - "Boş çanta" oxuculara təqdim edildi!
01.03.2026

Libraff kitab mağazasında milyonların sevimli yazıçısı Elxan Elatlının yeni kitabı olan "Boş çanta" romanının təqdimatı baş tutdu. Oxucular və ədəbiyyatsevərlərin qatıldığı tədbirdə əsər haqqında maraqlı müzakirələr aparıldı. 
Təqdimat zamanı müəllif üçün daha bir əlamətdar hadisə də yaşandı. O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk dünyasının Fəxri Ədəbiyyat və Mədəniyyət Xadimi” fəxri adına layiq görüldü və “Beynəlxalq Qızıl Ulduz” mükafatı ilə təltif olundu. Mükafatı akademiyanın Azərbaycan təmsilçiliyinin professoru, əməkdar müəllim Elçin İsgəndərzadə təqdim etdi.

Tədbirin sonunda müəllif öz oxucuları üçün kitablar imzaladı və xatirə şəkilləri çəkdirdi.