Elxan Elatlının görüş və imza günü keçirilib
02.10.2026
Azərbaycanın tanınmış detektiv yazıçısı Elxan Elatlı oxucuları ilə bir araya gəlib. Ədəbiyyatsevərlərin böyük marağı ilə keçən görüş zamanı yazıçı oxucuların suallarını cavablandırıb, onlarla səmimi söhbət edib. Görüş iştirakçıları müəllifin yaradıcılığı, əsərlərindəki maraqlı süjet xətləri, yaddaqalan obrazları və yazıçılıq fəaliyyəti ilə bağlı suallarını birbaşa ona ünvanlamaq imkanı əldə ediblər. Tədbirin ən maraqlı və yaddaqalan məqamlarından biri isə Elxan Elatlının oxucularına yeni kitabı ilə bağlı verdiyi müjdə olub. Yazıçı TEAS Press Nəşriyyat Evi tərəfindən çap ediləcək “Kəsik qollar” adlı yeni detektiv əsərinin tezliklə işıq üzü görəcəyini açıqlayıb. Bu xoş xəbər müəllifin yeni əsərini səbirsizliklə gözləyən oxucular tərəfindən böyük maraqla qarşılanıb. Görüşün sonunda Elxan Elatlı kitablarını oxucuları üçün imzalayıb, onlarla xatirə şəkilləri çəkdirib.