Natiq Məmmədlinin “Sev” romanının təqdimatı keçirildi
11.12.2025
Azərbaycanın Əməkdar jurnalisti, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədlinin “Sev” romanının təqdimatı keçirilib. “LİBRAFF”ın “Park Akademiya” filialında baş tutan təqdimatda yazıçının qələm yoldaşları, tanınmış ziyalılar, millət vəkilləri və oxucuları iştirak ediblər.
"TEAS Press" Nəşriyyatı tərəfindən nəşr edilmiş kitabın təqdimat mərasimində professor Qulu Məhərrəmli, millət vəkili Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədri Rəşad Məcid, “APA-Holdinq”in direktoru Vüsalə Mahirqızı, politoloq Sahil İsgəndərzadə və başqaları çıxış edərək roman və müəllif haqqında ürək sözlərini çatdırdılar. Çıxış edənlər yazıçıya daha böyük yaradıcılıq uğurları arzuladılar.
Çıxışlardan sonra Natiq Məmmədli qonaqlara təşəkkürünü bildirərək gələcək planlarından bəhs etdi.
Tədbirin sonunda isə müəllifin imza mərasimi keçirilib, oxucular sevimli müəllifləri ilə xatirə şəkilləri çəkdiriblər.