"Oxumadan evlənmə” kitabının təqdimat mərasimi keçirildi
27.11.2025

TEAS Press Nəşriyyat Evi tərəfindən nəşr edilən “Bu kitabı oxumadan evlənmə” kitabının təqdimat mərasimi keçirilib.

Psixoloq, peşəkar kouç və NLP master-treyner olan Xanım Əliyarın qələmə aldığı kitab müəllifin iştirakı ilə LIBRAFF mağazalar şəbəkəsinin “Park Akademiya” filialında oxuculara təqdim edilib.

Təqdimat mərasimi müəllifin kitabla bağlı verilən sualları cavablandırdığı müzakirə xarakterli hissə ilə başlayıb.

Daha sonra isə tədbirin xüsusi qonaqları - filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə, kouç, həmçinin Xanım Əliyarın davamçısı Sevda Babayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının dosenti Çinarə Qəhrəmanova çıxış edib, kitab və müəllif haqqında öz fikirlərini auditoriya ilə paylaşıblar.

Sonda isə kitabın müəllifi Xanım Əliyar iştirakçıların və oxucularının kitablarını imzalayıb, onlarla xatirə fotosu çəkdirib.