Vulf Dornun Azərbaycanda kitab təqdimatı keçirildi.
06.02.2023

˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı və  ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi ilə keçiriləcən imza günündə yazıçının dilimizə yeni tərcümə olunmuş ˝21 kölgə yoldaş˝ kitabının təqdimatı 2 gün davam etdi.
İlk imza günü 4 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Park Akademiya˝, ikinci imza günü isə 5 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Gənclik Mall˝ filiallarında baş tutdu.

Tədbir bütün iştirakçıların kitabları imzalananadək davam etdi.
Azərbaycanda imza günü keçiriləcək Vulf Dorn psixoloji triller janrında yazdığı əsərlərlə təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. O, 2009-cu ildə yazdığı ilk romanı “Psixiatr”la məşhurlaşıb. Əsərləri 10-dan çox dilə tərcümə olunan Vulf Dornun ˝Psixiatr˝, "Şizofrenik", "Oyunbaz", "Fobiya", ˝21 kölgə yoldaş˝ romanları ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş yazıçı hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.