“Yorulmaz əkinçi Həsən bəy Zərdabi” kitabının təqdimat və imza mərasimi keçirildi
25.11.2025

Noyabr ayının 25-də “Libraff”ın “Park Akademiya” filialında “TEAS Press” Nəşriyyatının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin milli mətbuatımızın 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamından irəli gələn vəzifələri rəhbər tutaraq, nəfis bir şəkildə nəşr etdiyi ədəbiyyatşünas-alim və diplomat, Azərbaycanın sabiq xarici işlər naziri (1999-2004), Azərbaycanın Polşada fövqaladə və səlahiyyətli səfiri (2004-2010), Azərbaycanın Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri (2010-20210, Azərbaycanın Bosniya və Hersoqovinada fövqaladə və səlahiyyətli səfiri (2022), M. F, Axundov adına ədəbi mükafat laureatı, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin milli mətbuatımızın banisinə həsr olunmuş və “Yorulmaz əkinçi Həsən bəy Zərdabi” kitabının təqdimat və imza mərasimi keçirildi. Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, AR əməkdar mədəniyyət işçisi Rəşad Məcidin moderatorluğu ilə keçən tədbirdə respublikanın tanınmış dövlət, ictimaiyyət, mədəniyyət və media nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasınınm dövlət və siyasi xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Polşada fövqaladə və səlahiyyətli səfiri (2010-2021) Azərbaycan Respublikasının xarici işlər naziri ((1993-1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990-1992) Həsən Həsənov, Azərbaycan Respublikasının Xalq yazıçısı, Ümummilli Lider haqqındakı yeddi cildlik monoqrafiyanın müəllifi, Ukraynanın keçmiş səfiri səfiri Elmira Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent,  Fövqaladə və səlahiyyətli səfir Eynulla Mədətli, Azərbacan Dillər Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva,  “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, AR əməkdar mədəniyyət işçisi Azər Turan, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, filologiya elmləri doktoru, professor, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının şöbə müdirivə kollegiya üzvü Asf Rüstəmli çıxış edərək,milli mətbuatımızın, teatrımızın, ilk xeyriyyə cəmiyyətinin və ilk qız məktəblərinin yaradıcısı Həsən bəy Zərdabinin ölkəmizin ictima-mədəni və maarifçilik sahəsindəki misilsiz xidmətlərindən və bu xidmətləri əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas-alim Vilayət Quliyevin bu tədqiqatının aktuallığından və ümumiyyətlə, bütün elmi-diplomatik fəaliyyətinin Azərbaycan xalqına vermiş olduğu sanballı töhfələrdən, Vilayət müəllimin öz xalqına bütün varlığı ilə bağlı olan bir alim, diplomat və vətəndaş kimi nəcib keyfiyyətlərindən və xidmətlərindən ətraflı söz açdılar.

Tədbirin sonunda müəllif “Yorulmaz əkinçi Həsən bəy Zərdabi”  kitabını çoxlu sayda oxucuları üçün imzaladı və onlarla xatirə şəkilləri çəkdirdi.