“TEAS Press” Nəşriyyat Evi “Uşaq ədəbiyyatı” bölməsini təqdim edir
29.10.2014
Uşaqların valideynləri və müəllimləri ilə bölüşməyə yaxşı kitabları olsa, onlar öz arzuları ilə kitab oxuyacaqlar.
“TEAS Press” Nəşriyyat Evinin “Uşaq ədəbiyyatı” bölməsi olan “Üç alma” uşaqların əylənə bilməsi, təhsil alması, onlara mütaliə sevgisinin aşılanması və Azərbaycanda keyfiyyətli kitablar çap etmək məqsədilə 2014-cü ildə təsis olunub. Bu missiya indi gerçəkləşir.
“Üç alma” uşaq ədəbiyyatı seriyasından 20 adda kitabı nəşr etməklə Azərbaycan çap-nəşriyyat sənayesində dönüş yaratmaqdadır. Əminliklə deyə bilərik ki, müasir tərtibatda və nəfis şəkildə nəşr edilmiş bu yeni uşaq kitabları uşaqların və yeniyetmələrin diqqətini çəkəcək. Onlar evdə hər gün oxunacaq və məktəbdə də oxu dərslərini dəstəkləmək üçün lazımi bir vasitə olacaq.
(Bizim seçmə kitabların şəkli)
“Üç alma” redaksiyasının yaradıcı heyəti dünyanın dörd bir yanından olan və uşaqların tanıyıb sevdiyi müəlliflərin əsərlərini tərcümə etmək hüququ alıb. Bu kitablar uşaqlara evdə və məktəbdə ucadan oxuna biləcək və ya onların özlərinin müstəqil mütaliə edə biləcəyi mükəmməl kitablardır. Bu kitablar uşaq ədəbiyyatına dair bütün yaş dövrü mərhələlərini əhatə edir: sadələşdirilmiş kitablar, yeni oxumağa başlayanlar üçün nəzərdə tutulmuş silsilə kitablar, orta səviyyəli oxucular üçün nəzərdə tutulmuş kitablar və klassik əsərlər. Hər yaş qrupunun zövqünə və səviyyəsinə uyğun kitablar var.
Nəşriyyat “Üç alma” adını Azərbaycan nağıllarının bu məşhur ənənəvi sonluğundan götürüb: “Göydən üç alma düşdü: biri sənin, biri mənim, biri də nağıl söyləyənin...”