8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi baş tutdu
05.10.2022

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ilk günündə TEAS Press Nəşriyyat evinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşdü. Yazıçı kitab və mütaliə haqqında maraqlı məqamlara toxunaraq, fəaliyyətindən söhbət açdı həmçinin, oxucuların kitabların imzaladı, onların suallarını cavablandırdı, eyni zamanda xatirə şəkilləri çəkdirdi.

Bu gün eyni zamanda TEDA və 3 alma uşaq ədəbiyyatı bölməsi Türkiyənin məşhur uşaq yazıçısı Fatih Ərdoğanın uşaqlarla görüşünü təşkil etdi. 8 adda kitabı “3 alma” tərəfindən çap olunan yazıçı 100 kitabını imzalayaraq balaca oxucularını sevindirdi.