8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü
06.10.2022

 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü TEAS Press Nəşriyyat evi tərəfindən çap olunmuş “Üzeyir Hacıbəyli. Seçilmiş əsərləri” kitabının təqdimatı keçirildi.

Tədbirdə kitabın redaktoru, tərtibçisi Kərim Kərimli kitabın hazırlanması zamanı yaranan maraqlı faktlardan söhbət açaraq, kitabın dövrümüz üçün aktuallığını qeyd etdi və oxucuların suallarını cavablandırdı.

Daha sonra Müstəqil Şahmat Teatırının aktyorları tərəfindən Üzeyir Hacıbəylinin  Müalicə səhnəciyi canlandırıldı (baş rejissor: Mir Qabil Əkbərov, aktyorlar Cavid Cavadzadə, Orxan Abışov).

Üzeyir Hacıbəylinin ev-muzeyinin (Bakı) direktoru Sərdar Fərəcov kitabın çapı üçün TEAS Press Nəşriyyat evinə təşəkkür edərək, Üzeyir Hacıbəylinin yaradıcılığından danışdı, bəstəkarın Bakıdakı ev müzeyindən olan video görüntüləri qonaqlara nümayiş etdirildi. 

Sonda Solist – Fidan Rüstəmova tərəfindən Gülçöhrənin Ariyası ifa etdi.