8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günü
09.10.2022

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günü “3 alma” nəşriyyatı tərəfindən çap olunmuş “Təbiətşünas Aysel” seriyasının yeni nəşrləri üçün imza günü keçirildi. Tərcüməçi, teleaparıcı Aysel Zahidqızı oxucularla görüşdü, uşaqların suallarını cavablandırdı, kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi. 
Bu gün uşaq yazıçısı Yuliya Kərimovanın “Kirpimin yolu” kitabının da təqdimat mərasimi keçirildi. Müəllif həm azərbaycan, həm də rus dilində çap etdirdiyi kitabını əldə edən oxucuların suallarını cavablandırdı, kitablarını imzaladı. 
AAM-in icraçı direktoru Françesko Bançinin “Beynəlxalq məktəblərdə liderlik” kitabının imza mərasimi keçirildi. Liderlik üzrə kouç və təqdiqaçı kimi tanınan müəllif sualları cavablandırdı, oxucularla xatirə şəkilləri çəkdirdi. 
Məşhur detektiv yazıçı Elxan Elatnın “TEAS Press” Nəşriyyat evi tərəfindən çap edilmiş kitblarının təqdimatı keçirildi. Müəllif müxtəlif kitablarını əldə edən oxucular üçün imzaladı.