8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü
07.10.2022

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü “3 alma” uşaq ədəbiyyatının “Şuşa İli”nə töhfəsi olan kitabların təqdimatı keçirildi. Zahid Xəlilin “Dəmir yumruq”, Sevinc Nuruqızının “Zəfər nəğməsi. Şuşa”, Mürşüd İsmayılzadənin “Zəfəri yaşayanlar, yaşadanlar” kitablarının təqdimatı və imza saatı baş tutdu. Tədbirdə həmin kitablarda təsvir edilmiş qəhrəman şəhidlərimizin əzizləri də iştirak edirdilər. Onlar da çıxış edərək öz xatirələrini bölüşdülər və müəlliflərə təşəkkür etdilər.