“Gənclərin roman müsabiqəsi” – 3-ün ilkin nəticələri açıqlandı
05.05.2026
Böyük rəqabət şəraitində davam edən “Gənclərin roman müsabiqəsi 3”ün ilkin nəticələri bəlli olub. ˝TEAS Press˝ Nəşriyyat evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi-3”ün ilkin seçim mərhələsinin nəticələri açıqlanıb. Gənc yazıçılar tərəfindən təqdim olunan əsərlər dörd ay ərzində peşəkar münsiflər heyəti tərəfindən oxunaraq qiymətləndirilib və əvvəlcədən elan edilmiş meyarlara uyğun gələn 10 əsər müəyyən olunub. Həmin əsərlər bunlardır (sıralama şərtidir):
1. Aysun Atakişiyeva (Əbədiyyətin anbarı və unudulmuş səslər şəhəri)
2.Nurlan Süleymanov (Yazıçı)
3.Seymur Həmzəyev (Gələn dəfə kral sənsən)
4.Zamiq Cəfərli (Əncir ağacı)
5.Fidan Cavadzadə (Oyanış)
6.Xəyal Hüseynov (Sitarə və kağız durna)
7.Vasif Zahidov (Qarağacların köklərindəki pıçıltı)
8.Ehtiram Babaşov Mən qatiləm?!
9.Hüseyn Qəhrəmanov (Leyli və Məcnun)
10. Murad Cəfərov (Mən qurbanam qatiləm)
Qaliblər müsabiqənin şərtlərinə uyğun qaydada aşağıdakı kimi mükafatlandırılacaqlar:
– I yerin sahibi – 3000 (üç min) AZN pul mükafatı, əsərin ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən çapı və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı.
– II yerin sahibi – 2000 (iki min) AZN pul mükafatı.
– III yerin sahibi – 1500 (min beş yüz) AZN pul mükafatı.
Qeyd edək ki, ˝TEAS Press˝ Nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsinə töhfə verməkdir.