II Kitabqurdu Payız Oxu Marafonunu açıq elan olundu!
01.10.2023

Əziz kitabqurdları, kitab oxuyub mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin!

Azərbaycan Nəşriyyatları Assosiasiyası və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı, ASAN Könüllüləri Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (1 oktyabr 2023 – 1 yanvar 2024).

2. Marafona 16 yaşdan yuxarı hər kəs qoşula bilər.

3. Marafon müddətində yalnız seçilmiş 8 kitab oxunacaq.

4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq.

5. Oxu müddəti bitəndən sonra qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 8 kitab əsasında hazırlanacaq.

6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq.

7. Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.

8. Birinci yer 3000 AZN, ikinci yer 2000 AZN, üçüncü yer isə 1000 AZN mükafat əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.

9. Kitabqurdu I Payız Oxu Marafonu müddətində oxunacaq kitablar:

1. Yunis Orucov, "Boraltan" (MİMTA Yayımları)

2. Elay, "Kolleksioner" (XAN Nəşriyyatı)

3. Rövşən Abdullaoğlu, "Koramal" ("Qədim Qala" Nəşriyyatı)

4. Elçin Əzimli, "Çağrı" (TEAS Press Nəşriyyatı)

5. Pərviz Seyidli, "Məktublar arxasında" ("Parlaq İmzalar" Nəşriyyatı)

6. Kənan Hacı, "Fəna fasiləsi" ("Çapar" Yayımları)

7. XAN, "Sancaqlı kölgələr və Leyla Xuni" ("Strauss" Nəşriyyatı)

8. Arif Əliyev, "Yalama" ("Altun Kitab" Nəşriyyatı)

Kitabları sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:

(+994 77) 343 80 22