TEAS PRESS - GƏNCLƏRİN ROMAN MÜSABİQƏSİ 3 - Əsərlərin qəbulu başlandı!
31.07.2025
Müasir ədəbiyyatımızın inkişafı və gənc yazıçılara dəstək məqsədi ilə təşkil olunan müsabiqəyə hər müəllif tərəfindən yalnız bir əsər təqdim edilə bilər. Əsərlər Azərbaycan dilində, roman janrında yazılmalı və müsabiqə üçün müəyyən olunmuş meyarlara cavab vermək şərti ilə indiyədək heç yerdə çap olunmamalıdır.
Müsabiqənin şərtləri
· Yaş həddi 18-35 arasında olmalıdır
· Hər müəllif Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmamış, öncəki müsabiqələrdə iştirak etməmiş bir roman təqdim edə bilər
· Müsabiqəyə təqdim edilən romanın həcmi A4 ölçüdə və Vörd formatında 60 min sözü keçməməlidir
· Müsabiqə - “Uzun siyahı”, “Qısa siyahı” və qaliblərin müəyyən edildiyi “Yekun mərhələ” olmaqla üç mərhələdə keçiriləcək
Mükafat
· I yer – 3000 azn, əsərin çap olunması
· II yer – 2000 azn
· III yer – 1500 azn
Müsabiqəyə qoşulmaq üçün:
Romanınızı şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə musabiqe@teaspress.az elektron ünvanına göndərin.
Əsərlərin son qəbul tarixi: 01.12.2025
Müsabiqənin rəsmi teleqram kanalına qoşulmağı unutmayın