TEAS Press Nəşriyyat Evi “IV Gəncə Kitab Sərgisi”ndə iştirak etdi
24.11.2025
21 – 23 noyabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində IV Gəncə Kitab Sərgisi keçirilib.
TEAS Press Nəşriyyat Evinin də iştirak etdiyi sərgidə bütün kitablara 30%-dək endirim tətbiq olunmuş, məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri təşkili olunmuşdur. Sərgidə Elxan Elatlı, Dilşad Talıbova, Xanım Əliyar ilə izdihamlı görüş və imza saatları təşkil olunub.