Adam Qrant

Adam Qrant

Adam Qrant

ADAM QRANT 1981-ci ildə Miçiqan ştatında doğulub. Uşaqlıqda idmanın suyatullanma növü ilə məşğul olsa və peşəkar basketbolçu olmağı arzulasa da, sonradan fikrini dəyişərək özünü elmə həsr edib. Harvard Kollecində təhsil alıb, daha sonra Miçiqan Universitetində təşkilati psixologiya üzrə ixtisaslaşıb və burada fəlsəfə doktoru dərəcəsi alıb. Kollecdə təhsil aldığı illərdə peşəkar fokus ustası kimi fəaliyyət göstərib. Daha sonra Şimali Karolina Universitetində çalışıb, təşkilati davranış problemlərini tədqiq edib. Hazırda Pensilvaniya Universitetinə bağlı Uorton Biznes Məktəbinin professoru, bestsellerlər müəllifidir, elmin populyarlaşdırılması ilə məşğuldur.

MÜƏLLİFİN KİTABLARI

Orijinallar kitabı, əsəri, nəşri, çap məhsulu

Orijinallar

Adam Qrant
ISBN: 9789952599442
Qiymət: 16.90 AZN
Ətraflı »