Dilşad Talıbova
Dilşad Talıbova
Dilşad Talıbova Gəncə şəhərində doğulub. Pedaqogika üzrə fəlsəfə doktorudur, hazırda Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. “Sənə yazmadım, səni yazdım”, “Səndən qalan noyabr”, “Dinar”, “Sanitar”, “Eşqin adı sənsən” və “Dostluq, yoxsa məhəbbət?” romanlarının, habelə yerli və xarici mətbuatda dərc olunmuş bir çox elmi məqalələrin müəllifidir. Dəfələrlə təkrar nəşr olunmuş romanlarının əsas qayəsini vətənpərvərlik, müxtəlif xarakterli insanların psixologiyası və məhəbbət mövzuları təşkil edir. Yazıçı ailəlidir, üç övladı var.