Fidan Tağısoy

Fidan Tağısoy

Fidan Tağısoy

Fidan Tağısoy 1994-cü ildə Bakı şəhərində anadan olub. Məktəb illərindən etibarən ədəbiyyat, incəsənət və xarici dillərə xüsusi maraq göstərib. Uşaqlıqdan daha çox yaradıcı fəaliyyətlə, xüsusilə də rəssamlıqla məşğul olub. Yazıçılıq fəaliyyətinə 2013-cü ildə başlayıb. Yazdığı əsərləri nəşr etdirməyi heç vaxt düşünməsə də, 2024-cü ildə qələmə aldığı psixoloji-fəlsəfi “Bələdçi” romanını dostlarının və yaxınlarının tövsiyəsi ilə nəşr etdirməyə qərar verib. Hazırda iki yeni roman üzərində işləyir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayır. Şəxsi inkişaf və insan psixologiyasının dərin qatları ilə bağlı on fərqli modul üzrə təlimi tamamlayıb. Hal-hazırda, əsasən, rəssamlıq və yazıçılıqla məşğuldur.

MÜƏLLİFİN KİTABLARI

TEZLİKLƏ
Bələdçi kitabı, əsəri, nəşri, çap məhsulu

Bələdçi

Fidan Tağısoy
ISBN: 9789952599299
Qiymət: 9.90 AZN
Ətraflı »