İlham Tumas

İlham Tumas

İlham Tumas

İLHAM TUMAS (Ağayev İlham Əli oğlu) 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə bölməsinin məzunudur. 2000-ci ildən etibarən çap mətbuatı və televiziya sahəsində çalışır. 1992-ci ildə cəbhə bölgəsindən göndərdiyi “Ruhların söhbəti” sərlövhəli ilk yazısı həmin il “Azərbaycan” qəzetində dərc olunub. Çoxsaylı araşdırmaların, sənədli filmlərin müəllifidir. Birinci Qarabağ savaşında və 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrundakı döyüşlərdə şəxsi igidlik və şücaət göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı”, Müdafiə nazirinin 30.12.2020-ci il tarixli əmri ilə isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində “İstintaq davam edir” layihəsinin müəllifi və aparıcısıdır. “Məbəd döyüşçüləri” romanı müəllifin 7-ci kitabıdır.

MÜƏLLİFİN KİTABLARI

Məbəd döyüşçüləri kitabı, əsəri, nəşri, çap məhsulu

Məbəd döyüşçüləri

İlham Tumas
ISBN: 9789952599084
Qiymət: 12.90 AZN
Ətraflı »