Teymur Məmmədov
Teymur Məmmədov
1954-cü il iyulun 1-də doğulub. 1971-ci ildə Bakıda 1 saylı fizikariyaziyyat təmayüllü orta internat məktəbini, 1982-ci ildə BDU-nun tarix fakültəsini bitirib. Bir müddət müəllimlik edib. 1985-ci ildən müxtəlif kütləvi informasiya vasitələrində tərcüməçi, müxbir, redaktor və baş redaktor kimi çalışıb. 1998-ci ildən reklam sektorundadır. Ayrı-ayrı şirkətlərdə mətn yazarı, kreativ direktor, marketinq direktoru vəzifələrini daşıyıb. “Adver” və “Sloqan markanın canıdır“ kitablarının müəllifi, “Azərbaycan şahmat məktəbi” və “Çaykənd haqqında həqiqət” (rus dilində) adlı kitabların həmmüəllifidir. Marketinq, reklam və kreativliklə bağlı növbəti kitablar üzərində çalışır. Həyat devizi belədir: “Sən addım at, yol özü açılacaq”.