Tomas Kormen
Tomas Kormen
TOMAS KORMEN 1956-cı ildə Nyu-Yorkda doğulub. 1978-ci ildə Prinston Universitetini bitirib, elektrik mühəndisliyi və kompüter elmləri üzrə ixtisaslaşıb. Təhsilini daha sonra Massaçusets Texnologiya İnstitutunda davam etdirərək burada 1986-cı ildə magistr, 1993-cü ildə isə doktorluq dərəcəsi alıb. Elmi rəhbəri məşhur kompüter alimi Çarlz Leyzerson olub. T.Kormen 1992-ci ildən Dartmut Kollecində çalışıb, professor və kompüter elmləri şöbəsinin rəhbəri olub; hazırda fəxri professordur. Əsas tədqiqat sahələri alqoritm mühəndisliyi, paralel hesablamalar, virtual yaddaş və böyük gecikməli hesablamaların sürətləndirilməsi məsələləri ilə bağlıdır. Məlumatların paralel emalında yaddaş və giriş-çıxış problemlərinə dair tədqiqatları ilə elmə böyük töhfə verib. T.Kormen daha çox Çarlz Leyzerson, Ron Rivest və Kliff Ştaynla birgə yazdığı “Alqoritmlərə giriş” kitabı ilə tanınır. Bir milyondan çox nüsxəsi satılan bu kitab bütün dünyada aparıcı universitetlərin əsas dərsliklərindən birinə çevrilib. Elmi fəaliyyətinə görə ABŞ Milli Elm Fondunun təqaüdünü, “Association of American Publishers” mükafatını və bir sıra beynəlxalq mükafatlar alıb.