TƏDBİRLƏR
˝BP Azerbaijan˝ şirkəti TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində 3 dərsliyi Azərbaycan dilində təqdim etdi
17.12.2019“BP Azerbaijan” şirkəti idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib. TEAS Press Nəşriyyatı ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gələn bu kitablar şirkətin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitindən ilk 3 dərsliyin tərcüməsidir.
Autizm barədə "On Fakt" kitabının təqdimatı keçiriləcək
23.10.2019
Autizm barədə "On Fakt" kitabının təqdimatı keçiriləcək
23.10.2019
"Tunc mələk" kitabının imza günü keçiriləcək
23.04.2019
İlbər Ortaylı ilə görüş keçiriləcək
15.04.2019Türkiyənin tanınmış tarixçisi İlbər Ortaylı ilə görüş və "Türklərin qızıl dövrü" kitabının imza günü 18 aprel, saat 15:00-da, Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında keçiriləcək.
"Payız adamı" kitabının imza günü keçiriləcək
13.04.2019Aprelin 15, saat 19:00-da Mehman Rəsulovun "Payız adamı" kitabının imza günü keçiriləcək. Tədbir Gənclik Mall-da yerləşən LİBRAFF mağazasında baş tutacaq. Mehman Rəsulov "Xalqın şairi" televiziya layihəsinin laureatıdır.
"Əsir düşərgəsi" kitabının imza günü keçiriləcək
26.03.2019Bu, Lent.az-da yayımlanmış "Əsir düşərgəsi" layihəsi əsasında tərtib olunan ikinci kitabdır. Burada toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətlərdən bəhs edir. Vüsalə Məmmədovanın müəllifi olduğu "'Əsir düşərgəsi" kitabının imza günü 2 aprel, saat 17:00-da, Gənclik Mall-da yerləşən LİBRAFF mağazasında keçiriləcək.
Giriş sərbəstdir.
"Bugünün marketinqi 3" kitabının təqdimat-imza günü keçiriləcək
07.03.201911 mart, saat 19:00-da, Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında "Bugünün marketinqi 3" kitabının təqdimat- imza günü keçiriləcək. Tədbirdə kitabın müəllifləri olan 42 nəfər peşəkar marketoloqlar iştirak edəcək.
"Şeyx" kitabının imza günü keçiriləcək
04.03.20199 mart, saat 16:00-da, Gənclik Mall-da yerləşən LİBRAFF mağazasında yazıçı Sahilə YAYA-nın "Şeyx" romanının imza günü keçiriləcək.
"İvon Bottonun arzuladığı həyat" kitabının imza günü keçiriləcək
02.03.20199 fevral, saat 17:00-da, Gənclik Mall-da yerləşən LİBRAFF mağazında "İvon Bottonun arzuladığı həyat" kitabının müəllifi Şain Sinarianın imza günü keçiriləcək.