Əbədiyaşar məhəbbət
Əbədiyaşar məhəbbət
Görkəmli adamların, nəhəng şəxsiyyətlərin “qalstuksuz” həyatı barədə oxumaq təkcə çox maraqlı deyil, həm də son dərəcə faydalıdır. Xüsusilə də əgər bu böyük şəxsiyyətin ailəsi ən uzunömürlü birgə həyatları birləşdirən, möhkəmləndirən əsas dəyər üzərində – əsl məhəbbət üzərində qurulubsa... Altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatım üçün materiallar toplayarkən qəhrəmanımın ömür-gün yoldaşının – Zərifə Əliyevanın şəxsiyyəti ilə maraqlanırdım. Onsuz da onlarla həmsöhbətim mənə onun özü və həyat yoldaşı ilə qarşılıqlı münasibətləri haqqında çox şey danışırdı. Onların danışdıqları əsasında gözüm önündə canlanan mənzərə getdikcə böyük bir tabloya çevrilirdi. Günlərin birində isə artıq başa düşdüm ki, əgər mən oxucularıma Heydər Əliyevin ona əsil ailə xoşbəxtliyi bəxş edən, ona gözəl və istedadlı qız və oğul hədiyyə edən, birlikdə təəssüf ki, çox uzunömürlü olmasa da (cəmi 30 ildən bir azca çox) olduqca mənalı həyat yaşadığı o yeganə qadınla münasibətləri haqqında danışmasam, onun həyat və taleyinin epopeyası vahid tam təsiri bağışlamaz, yarımçıq görünə bilər. “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabını yazmaq ideyası belə yarandı.
Azərbaycan dilində
ISBN: 9789952563184
336 səhifə
Yumşaq üz qabığı
Ölçü: 155x235 mm