İlkin kod

TEZLİKLƏ
  • İlkin kod
    İlkin kod
    İlkin kod

İlkin kod

Hər bir insan fərqli şəkildə formalaşır. Bill Qeytsin özünəməxsus düşüncə tərzi isə onu hamıya məlum olan böyük uğurlara aparıb: 20 yaşında Harvard Universitetini yarımçıq qoyaraq sonradan proqram təminatı sənayesinin nəhənginə çevrilən və dünyanın iş və həyat tərzini kökündən dəyişən bir şirkət yaradıb, milyarder olandan sonra isə diqqətini iqlim dəyişikliyi, qlobal səhiyyə və ABŞ-də təhsilin inkişafı kimi problemlərə yönəldərək ömrünü xeyriyyəçilik fəaliyyətinə həsr edib. “İlkin kod” milyardlarla dollarlıq imperiyanın yaranmasından yox, bu uğurun təməlinin qoyulduğu illərdən bəhs edən səmimi və düşündürücü memuardır. Bu kitab Bill Qeytsin bu gün tanıdığımız insana çevrilməsinin, uşaqlıq və gənclik illərinin, ailəsinin, ilk dostluqlarının, uğursuzluqlarının və böyük arzularının hekayəsidir. Müəllif oxucunu kompüterlərin hələ nadirən istifadə edildiyi bir dövrə aparır, proqramlaşdırma ilə ilk tanışlığını, gecələr gizlicə kompüter mərkəzinə getdiyi günləri, onu Harvard Universitetinə aparan yolu və sonradan bütün dünyanı dəyişəcək ideyaların beynində necə formalaşdığını böyük səmimiyyətlə bölüşür. O ən yaxın dostunun vaxtsız ölümünün, prinsipial nənəsinin, tələbkar valideynlərinin və həyatındakı dönüş nöqtələrinin şəxsiyyətinə necə təsir etdiyini də açıqlayır. Müdrik, səmimi və ilhamverici üslubda qələmə alınmış “İlkin kod” təkcə bioqrafiya deyil. Bu əsər həm də modern düşüncənin, əzmkarlığın və marağın insan taleyini necə dəyişə bildiyini göstərən, uğurun arxasındakı kiçik və əhəmiyyətli faktorları tanıdan, böyük ideyaların necə doğulduğunu anlamağımıza imkan verən təsirli həyat hekayəsidir.

Azərbaycan dilində

Bill Qeyts

ISBN: 9789952599596

Orijinal adı: Source Code: My Beginnings

Tərcüməçi: Zümrüd Hüseynova

Çap tarixi: 2026

340 səhifə

Yaş Kateqoriyası: 16+

Yumşaq üz qabığı

Ölçü: 140x210 mm

Qiymət: 16.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Azadəlik carçısı kitabı, əsəri, nəşri, çap məhsulu

Azadəlik carçısı

Fəridə Əzizova
ISBN: 9789952563344
Qiymət: 14.90 AZN
Ətraflı »
Başa gələr nələr, nələr kitabı, əsəri, nəşri, çap məhsulu

Başa gələr nələr, nələr

Səməd Səfərli
ISBN: 9789952573398
Qiymət: 9.90 AZN
Ətraflı »
Bir ömür iki tale kitabı, əsəri, nəşri, çap məhsulu

Bir ömür iki tale

Şain Sinaria
ISBN: 9789952532890
Qiymət: 24.99 AZN
Ətraflı »
Böyük insan haqqında xatirələr kitabı, əsəri, nəşri, çap məhsulu

Böyük insan haqqında xatirələr

Vilayət Quliyev
ISBN: 9789952563320
Qiymət: 7.90 AZN
Ətraflı »
Çətin seçimlər kitabı, əsəri, nəşri, çap məhsulu

Çətin seçimlər

Hillari Klinton
ISBN: 9789952310191
Qiymət: 26.60 AZN
Ətraflı »