Yoluxuculuq
Yoluxuculuq
Bir şey niyə məşhurlaşır? İnsanlar nəyə görə müəyyən məhsullar və ya fikirlər haqqında daha çox danışırlar? Bəzi hekayələrin daha yoluxucu olmasının səbəbi nədir? Sosial mediada bəzi kontentlər niyə viral olur, bəziləri isə yox? Professor Cona Berger uzun illər ərzində bu suallara cavab axtarıb, yoluxuculuğun sehrini araşdırıb, sosial düşüncənin hansı avtomobili satın aldığımıza, hansı paltarı geyindiyimizə, hətta övladımıza hansı adı qoyduğumuza təsir etdiyini müəyyənləşdirib. C.Berger bu kitabda “ağızdan-ağıza dolaşma”nın və sosial yoluxmanın incəliklərindən danışır, lazımi texnikaları göstərir, fikirlərini güclü və maraqlı hekayələrlə, uğurlu insanların həyat təcrübələri ilə əsaslandırır. Yoluxuculuğun altı prinsipini öyrənərək, siyasi nitqlərdən tutmuş “YouTube”dakı videomateriallara, istehlak məhsullarından tutmuş iş yerlərindəki söz-söhbətlərə qədər hər şeyin (söhbət daha çox müzakirə olunan nümunələrdən gedir) nə səbəbə yoluxucu olduğunu kəşf edə bilərsiniz. Bu kitab hər kəsə lazımdır: yazıçılara, siyasətçilərə, SMM-lərə, biznesmenlərə, ssenaristlərə, reklamçılara, jurnalistlərə, “yutuber”lərə, blogerlərə, əsnaflara... Fikrinizi və ya məhsulunuzu satmaq, özü də “necə lazımdır” satmaq istəyirsinizsə, bu kitabı masanızın üstündən əskik etməyin.
Azərbaycan dilində
ISBN: 9789952540093
Orijinal adı: Contagious: Why Things Catch On
Tərcüməçi: Sevinc Paşayeva
Çap tarixi: 2025
328 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm