Ölüm ağacının kölgəsində
Ölüm ağacının kölgəsində
İlk baxışda öz gündəlik qayğıları ilə yaşayan sakit Bakıda bir-birinin ardınca müəmmalı və qorxunc hadisələr baş verir. Əvvəlcə rayondan paytaxta gələn gənc biznesmen maskalı şəxslər tərəfindən oğurlanır. Bundan sonra zavallını bir daha görən olmur... Ardınca böyük şirkət sahibləri olan iki nüfuzlu iş adamı qeybə çəkilir. Amma onlar bir müddətdən sonra ortaya çıxırlar. Müvafiq instansiyalarda dindirilsələr də, inadla susan bu adamlar kimdənsə bərk qorxduqlarından heç kimə heç nə demirlər... Nazir müavininin oğlu sevgilisi ilə qəfildən yoxa çıxandan sonra daha məşum hadisələr baş verir – oğlanın atası bir neçə gün sonra evində güllələnir, Məxfi Şöbə əməkdaşının meyiti isə gizli mənzildə tapılır. Bunun ardınca Bakıda daha bir neçə qətl törədilir. Bu, Moskvadan çağırılmış naməlum killerin işidirmi? Kələf elə burada dolaşır. Bütün bu qara-qura əməllərin arxasında bozmaskalı bir şəxsin dayandığına dair ipucları var. Məxfi Şöbənin Leopardı məsələyə başqa yöndən yanaşır. O, qolunda yanıq izi olan adamı axtarır...
Azərbaycan dilində
ISBN: 9789952573619
Çap tarixi: 2025
392 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm