Təbriz miniatür sənəti

  • Təbriz miniatür sənəti
    Təbriz miniatür sənəti
    Təbriz miniatür sənəti

Təbriz miniatür sənəti

Azərbaycanın xalçaçılığı, muğamı və zəngin memarlıq irsi ilə yanaşı orta əsrlər Azərbaycan incəsənətinin ən parlaq səhifələrindən olan XIV-XVI əsrlər Təbriz miniatür boyakarlığı nəinki orta əsrlər müsəlman sivilizasiyasını, hətta bütün dünya incəsənətini misilsiz dərəcədə zənginləşdirib. Təbriz miniatürləri təkcə Azərbaycanın orta əsrlər incəsənətinin zirvəsi deyil, həm də dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu monoqrafiyada Təbriz rəssamlarının dünyanın ən böyük muzey və kitabxanalarında saxlanılan və bəşər mədəniyyəti xəzinəsinin qızıl fonduna daxil edilən əsərlərindən bəhs olunur. Müəllif əvvəllər haqqında çox səthi və qısa məlumat verilmiş XIV əsr rəssamları Əhməd Musa, Şəmsəddin Təbrizi və Əbd əl-Xayy kimi dahi sənətkarların yaradıcılığını, habelə XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətləri zamanındakı unikal əsərləri daha dərindən tədqiq edib, Səfəvilər dövrü miniatür məktəbi tarixini xeyli yeni materialla zənginləşdirib. Bu kitabda verilmiş illüstrativ materiallar da yenilənib. Tədqiqat işində Türkiyə, Qərbi Avropa ölkələri və Rusiyadakı zəngin kolleksiyalardan istifadə olunub.

Azərbaycan dilində

Cəmilə Həsənzadə

ISBN: 9789952310955

Bərk üz qabığı

364 səhifə

Ölçü: 252x301 mm

Qiymət: 65.00 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Azərbaycan müasir incəsənəti kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan müasir incəsənəti

Lesley Gray
ISBN: 9789952540260
Qiymət: 49.90 AZN
Ətraflı »
Azərbaycan teatrı kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan teatrı

İlham Rəhimli
ISBN: 9789952520965
Qiymət: 21.00 AZN
Ətraflı »
İrəvan xanlığının bölgə mətbəxi kitabı, əsəri, nəşri, çap məhsulu

İrəvan xanlığının bölgə mətbəxi

Aygül Əsgərova
Oruc Əliyev
Tahir Əmiraslanov
ISBN: 9789952313895
Qiymət: 59.00 AZN
Ətraflı »
Müasir Azərbaycan kinosu kitabı, əsəri, nəşri, çap məhsulu

Müasir Azərbaycan kinosu

Aydın Dadaşov
ISBN: 9789952513837
Qiymət: 12.60 AZN
Ətraflı »
Ömür səhifələrim kitabı, əsəri, nəşri, çap məhsulu

Ömür səhifələrim

Fikrət İbrahimli
ISBN: 9789952563511
Qiymət: 39.90 AZN
Ətraflı »