İndi “Gələcək mən”iniz olun
İndi “Gələcək mən”iniz olun
Məşhur təşkilati psixoloq Dr. Bencamin Hardinin fikrincə, sizin “Gələcək mən”iniz, yəni məqsədlərinizə çatdığınız zaman özünüzü yerində təsəvvür etdiyiniz insan təkcə indiki “mən”inizdən daha əhəmiyyətli deyil; əlaqələri düzgün quracağınız halda ən güclü bələdçiniz də ola bilər. “Gələcək mən”inizlə nə qədər tez əlaqə qursanız, gələcəyiniz də bir o qədər böyük olar, habelə indiki həyatınız və keçmişiniz də bir o qədər yaxşılaşar. Ancaq “Gələcək mən”inizə nə qədər gec yatırım etsəniz, gələcəyiniz də bir o qədər kiçilər. Dr. Hardi “İndi “Gələcək mən”iniz olun” kitabında aşağıdakı mövzuları əhatə edir:
• “Gələcək mən”inizin elmi əsasları;
• Arzuladığınız “Gələcək mən”inizi necə yaratmalı və onunla necə əlaqə qurmalı;
• “Gələcək mən”inizin hazırda təsəvvür edə bildiyiniz sərhədlərini necə genişləndirməli;
• “Gələcək mən”iniz üçün yeddi ən böyük təhdid;
• “Gələcək mən”iniz haqqında yeddi ən güclü həqiqət;
• “Gələcək mən”inizi indi təsəvvür etmək, müəyyənləşdirmək və yaşamaq üçün yeddi konkret addım.
Dr. Hardi bu son dərəcə praktik kitabında göstərir ki, həyatınıza “Gələcək mən”inizin prizmasından baxanda arzuladığınız inanılmaz və gözəl həyatı necə yarada biləcəyinizi öyrənəcəksiniz.
Azərbaycan dilində
ISBN: 9789952599244
Orijinal adı: Be Your Future Self Now
Tərcüməçi: Xumar Hüseynova
Çap tarixi: 2026
296 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm