Ruhlarla söhbət

  • Ruhlarla söhbət
    Ruhlarla söhbət
    Ruhlarla söhbət

Ruhlarla söhbət

Biz haradan gəlmişik, nə üçün yaşayırıq, hara gedirik? Mən nə vaxt, harada, necə öləcəyəm? Cənnət və cəhənnəm deyilən bir yer varmı?
İnsan oğlu özünü dərk edən gündən indiyə qədər bu əbədi suallara cavab axtarıb. Hətta nə fəlsəfə ilə, nə də dinlə maraqlanmayanlar belə - savadlılar da, savadsızlar da; qadınlar da, kişilər də; varlılar da, kasıblar da; millətindən, dinindən, irqindən asılı olmayaraq, hər kəs nə vaxtsa özünə "Ölümdən sonra həyat varmı?" sualını verib, "o biri dünyanın" mövcud olub-olmaması haqqında söylənən fikirlərə heç vaxt biganə qalmayıb, ümumiyyətlə, həyatın ən sirli, ən müəmmalı, ən möcüzəli, ən acı, ən qorxunc, eyni zamanda ayrılmaz bir parçası olan "ölümün" nə olduğunu dərk etməyə çalışıb.
Əlinizdə tutduğunuz bu kitabda sizi narahat edən bu əbədi suallara cavab tapacaqsınız. Bu cavablar nə filosofların, nə din xadimlərinin, nə peyğəmbərlərin, nə müqəddəslərin, nə də materialistlərlə idealistlərin cavablarıdır. Bu suallara cavab verənlər nə vaxtsa bizim kimi həyatda yaşayan, sonra isə ölüb bu dünyanı tərk edən insanların bizim "o biri dünya" adlandırdığımız bir məkanda yaşamaqda davam edən ruhlarıdır. Oxucu insanı ölümdən sonra nələrin gözlədiyini ilk dəfə olaraq bu kitabdan oxuyacaq, həqiqəti məhz ruhların dilindən dinləyəcək, bunun bir növ canlı şahidi olacaq. "Ruhlarla söhbət"i oxuduqca dərk edirik ki, ölümü başa düşmədən həyatın mənasını anlamaq mümkün deyil, eləcə də həyatı başa düşmədən ölümü anlamaq qeyri-mümkündür.
Spiritizm nəzəriyyəsinin fundamental əsəri olan "Ruhlarla söhbət" ilk dəfə 1857-ci il aprelin 18-də Parisdə işıq üzü görüb. Məşhur medium Allan Kardekin tərtib etdiyi bu kitabda müəllifin özünün və onun medium həmkarlarının həyatı tərk etmiş insanların ruhlarına verdikləri həyat və ölüm haqqındakı 1000-dən çox sualın cavabları əks olunub. "Ruhlarla söhbət" nəşr olunduğu gündən indiyədək Fransada, Avropada, eləcə də dünyanın digər ölkələrində müxtəlif nəşriyyatlar tərəfindən, müxtəlif dillərdə, milyonlarla tirajla çap edilib və indi də çap olunmaqdadır. Azərbaycan oxucularına ilk dəfə təqdim olunan - bəzi ölkələrdə müqəddəs bir kitab kimi qəbul edilən bu kitab 1857-ci il Paris nəşrindən tərcümə olunmuşdur.

Azərbaycan dilində

Allan Kardek

ISBN: 9789952310108

Yumşaq üz qabığı

420 səhifə

Ölçü: 130x198 mm

Qiymət: 12.30 AZN

MÜƏLLİFİN KİTABLARI

Cənnət və cəhənnəm kitabı, əsəri, nəşri, çap məhsulu

Cənnət və cəhənnəm

Allan Kardek
ISBN: 9789952563597
Qiymət: 14.90 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

Cənnət və cəhənnəm kitabı, əsəri, nəşri, çap məhsulu

Cənnət və cəhənnəm

Allan Kardek
ISBN: 9789952563597
Qiymət: 14.90 AZN
Ətraflı »
Danışığınla həyatı qazan kitabı, əsəri, nəşri, çap məhsulu

Danışığınla həyatı qazan

Cəlalə Nəzəroğlu
ISBN: 9789952468724
Qiymət: 13.00 AZN
Ətraflı »
TEZLİKLƏ
Fitnes nədir? kitabı, əsəri, nəşri, çap məhsulu

Fitnes nədir?

Əkbər Kərimov
ISBN: 9789952573275
Qiymət: 14.90 AZN
Ətraflı »
Hüdudsuz güc kitabı, əsəri, nəşri, çap məhsulu

Hüdudsuz güc

Entoni Robbins
ISBN: 9789952532319
Qiymət: 13.90 AZN
Ətraflı »
İblislərlə dolu dünya elmin şam işığında kitabı, əsəri, nəşri, çap məhsulu

İblislərlə dolu dünya elmin şam işığında

Karl Saqan
ISBN: 9789952310245
Qiymət: 13.90 AZN
Ətraflı »