İradə gücünün instinkti

  • İradə gücünün instinkti
    İradə gücünün instinkti
    İradə gücünün instinkti

İradə gücünün instinkti

Sağlamlıq üzrə mütəxəssis, psixoloq Kelli Makqoniqalın işi insanlara stressin öhdəsindən gəlmək və həyatlarında pozitiv dəyişikliklər etməyə kömək göstərməkdir. Ö, tələbələrinin seçimə nəzarət uğrunda apardığı mübarizəni illərlə müşahidə edəndən sonra anladı ki, insanların iradə gücü barədə inandıqlarının əksəriyyəti onların uğurlarını əslində sabotaj edir. Məsələn, iradə gücünü ləyaqət kimi görməyimiz bizi ən ciddi hədəflərimizdən yayındıra bilər.
Makqoniqal bunun əvəzində tələbələrinə özünənəzarətə təsir edən bioloji funksiyaları, əqli tələləri və sosial amilləri anlamağı təklif edir. O, psixologiya, neyrologiya və iqtisadiyyat kimi sahələrin ən son yeniliklərindən istifadə edərək Stenford Universiteti Davamlı Araşdırma Proqramı üçün "İradə gücü elmi" adlı kurs yaratdı. Tələbələr onu həyatı dəyişdirən kurs kimi təsvir edirlər. Bu kurs "İradə gücünün instinkti" kitabının əsasıdır. Bu kitab "əsl iradə gücü nədir, o necə işləyir və niyə vacibdir" suallarına cavab vermək üçün anlaşıqlı struktur qurur.
Öz diqqətimizə nəzarət etmək bacarığımız, emosiyalarımız, iştahamız və davranışımız təkcə bizim sağlamlığımıza, maliyyə təminatımıza, əlaqələrimizə və peşəkar uğurumuza təsir etmir. Onları həm də təlimləndirmək mümkündür. "İradə gücünün instinkti" məqsədlərimizi müəyyən etmək, özünənəzarəti gücləndirmək və bir ömür dəyişiklik etmək üçün bizə addım-addım irəliləməyə imkan verən proqram təqdim edir. Bu dəyişikliyin nə olmasının fərqi yoxdur: bunlar arıqlamaq, maliyyə vəziyyətinin yaxşılaşdırılması, stressin azaldılması, təxirəsalınmaların qarşısının alınması, yaxşı valideyn olmaq, yaxud da diqqətin toplanması kimi məsələlər ola bilər.

Azərbaycan dilində

Kelli Makqoniqal

ISBN: 9789952310283

Yumşaq üz qabığı

324 səhifə

Ölçü: 148x210 mm

Qiymət: 13.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar kitabı, əsəri, nəşri, çap məhsulu

"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar

Rocer Fişer
Uilyam Yuri
ISBN: 9789952540321
Qiymət: 8.90 AZN
Ətraflı »
21 günə həyatını dəyiş kitabı, əsəri, nəşri, çap məhsulu

21 günə həyatını dəyiş

Luiza Hey
ISBN: 9789952563054
Qiymət: 7.90 AZN
Ətraflı »
5i uğur düsturu kitabı, əsəri, nəşri, çap məhsulu

5i uğur düsturu

Arzu Qafarlı
ISBN: 9789952310924
Qiymət: 6.50 AZN
Ətraflı »
Beynəlxalq məktəblərdə liderlik kitabı, əsəri, nəşri, çap məhsulu

Beynəlxalq məktəblərdə liderlik

Françesko Bançini
ISBN: 9789952540420
Qiymət: 14.90 AZN
Ətraflı »
Bir şey kitabı, əsəri, nəşri, çap məhsulu

Bir şey

Cey Papazan
Qari Keller
ISBN: 9789952540031
Qiymət: 8.90 AZN
Ətraflı »