Gəl dünyanı kəşf edək
Gəl dünyanı kəşf edək
Səyahət etmək dünyada ən zövqlü iş, fərqli coğrafiyalardakı insanları, xalqları, mədəniyyətləri, tarixi, təbiəti və gözəllikləri insana tanıdıb sevdirən çox gözəl və əyləncəli məşğuliyyətdir. Səyahət insanı dünyaya bağlayır, onun ruhunu təmizləyib duruldur, düşüncələrini cilalayır. Səyahət insanı özü-özünə tanıdır. İnsan dünyanı gəzəndə təkcə onu yox, həm də özünü bir daha kəşf edir, bilmədiklərini öyrənir. Çox gəzən doğrudan da çox bilir. Bəs siz necə, siz də səyahət həvəskarısınızmı? Daha az xərc çəkməklə daha çox gəzmək, daha çox görmək, daha çox öyrənmək istəyirsinizmi? Onda bu kitabı əlinizdən bir an da olsun yerə qoymayın. Onun sətirləri arasında Asiyanın, Avropanın, Şərqin, Qərbin, yaxın və uzaq məmləkətlərin neçə minillik tarixini və bugününü görəcək, eşidib-bilmədiyiniz yerləri tanıyacaqsınız. Onda görəcəksiniz ki, dünyanı sadəcə turist kimi gəzmək bir, getdiyiniz yerlərdə hər dağa, hər daşa, hər abidəyə, hər gözəlliyə toxunmağa, onların nəfəsini və ruhunu duymağa, həyatdan və təbiətdən doyunca zövq almağa imkan verəcək şəkildə – səyyah kimi gəzmək isə tamam başqa şeydir.
İLBƏR ORTAYLI
Azərbaycan dilində
ISBN: 9789952599008
Tərcüməçi: Cəlil Cavanşir
Çap tarixi: 2025
304 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 135x210 mm