Stres, koqnitiv proseslər və sağlamlıq
Stres, koqnitiv proseslər və sağlamlıq
“Stres, koqnitiv proseslər və sağlamlıq” əsərində stres və sağlamlıq psixologiyası ilə bağlı fundamental problemlər araşdırılır. Yalnız bir mənbədə rast gəlinməyən geniş spektrli materiallar bu tədqiqatda bir araya gətirilib. Kitabda xarici mühitin fərdlər qarşısında qoyduğu tələblərin, yəni potensial stres mənbələrinin necə formalaşması, eyni zamanda bu mühitin stresin öhdəsindən gəlmək üçün hansı resurs və vasitələri ortaya qoyması kimi vacib məsələlər nəzərdən keçirilir. Çoxillik tədqiqatların məhsulu olan bu əsərdə iş və məşğulluq, ailə münasibətləri, şəxsi həyat, irimiqyaslı fəlakətlər və gündəlik məişət çətinlikləri kimi mövzular araşdırılır, bütün bunların immun sisteminə təsir etməklə bioloji proseslərə necə təsir göstərməsi konkret nümunələr əsasında təhlil olunur.
Azərbaycan dilində
ISBN: 9789952573626
Orijinal adı: Stress, Cognition and Health
Tərcüməçi: Salatın Şamilova
Çap tarixi: 2026
316 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm