İngilis pasiyent
İngilis pasiyent
İncə zövqün və dərin zəkanın məhsulu olan, “Qızıl Buker” mükafatına layiq görülən bu roman İkinci Dünya müharibəsinin sonlarında İtaliyada tərk edilən bir villaya sığınmış dörd nəfərin eyni nöqtədə kəsişən keşməkeşli həyatından bəhs edir. Müharibənin dəhşətlərini görməkdən tamam tükənmiş tibb bacısı Anna özünü sonuncu pasiyentinə həsr edir. Keçmiş oğru Karavaco bir əlini itirəndən sonra həyatda yeni yerini tapmağa çalışır. Hindistanlı minaaxtaran və mühəndis-istehkamçı Kip almanların məharətlə gizlətdiyi minaları tapıb zərərsizləşirməklə məşğuldur. O, əsl peşəkardır, özündən başqa hər şeyə şübhə ilə yanaşır. Bu labirintin ortasında adı-soyadı naməlum olan bir ingilis xəstə uzanıb. Almanların vurduğu təyyarədə yanaraq tanınmaz hala düşən sirli pasiyent villada yaşayan digər üç nəfər üçün böyük bir tapmacadır. Pasiyentin iztirabları, xilas edilməsi ilə bağlı adda-budda, qırıq-sökük xatirələri ani şimşək kimi, üfüqdə parıltı kimi kitaba işıq tutur, qaranlıq mətləbləri işıqlandırır.
“Ondatce Şimali Amerikanın ən yaxşı roman ustalarından biridir... Biz onun təsvir etdiyi sirli, məşum villanın təsirindən çıxa bilmirik, özümüzü o mühitdə hiss etməyin ləzzətini yenidən yaşamaq üçün həmin təsvirləri dönə-dönə, təkrar-təkrar oxuyuruq”.
“Wall Street Journal”
“Həzin rapsodiyanı xatırladan bu əsrarəngiz əsər oxucunu xəyalən başqa aləmə aparır... Bu roman Ondatcenin öz ruhunda olan, amma daha dərin qatlara varan yeni sınağıdır”.
“San Francisco Chronicle”
Azərbaycan dilində
ISBN: 9789952532012
396 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm