Biz, onlar və bizim dağlar

TEZLİKLƏ
  • Biz, onlar və bizim dağlar
    Biz, onlar və bizim dağlar
    Biz, onlar və bizim dağlar

Biz, onlar və bizim dağlar

Əsərdə İkinci Qarabağ müharibəsində qızğın döyüşlərin getdiyi Şimal cəbhəsində cərəyan edən dramatik hadisələrdən, Suqovuşan və Talış qəsəbələrinin azad olunması uğrunda qanlı döyüşlərdən və aldadılaraq həmin əraziyə gətirilmiş bir dəstə erməni əsgərinin hərbi hissələrdən birinin qaranlıq bunkerində iyirmi gün gizlənməsi faktındən bəhs edilir. “Biz, onlar və bizim dağlar” ilk növbədə real hadisələrin izi ilə qələmə alınmış insanlıq hekayəsidir. Bu sətirlərdə nifrətin və barıt qoxusunun ən çox duyulduğu anlarda belə bir insanın vicdanı ilə baş-başa qaldığı o qısa, lakin əbədiyyətə bərabər saniyələri tapacaqsınız. Dağların şahidliyi ilə baş verən bu hadisələr sübut edir ki, qaranlıq bunkerdə belə ümid işığı sönə bilməz, ümidsizliyə düçar olduğun qatı zülmətdə də bacadan iynə ucu boyda günəş işığı süzülər, öldürmək üçün gəldiyin, düşmən hesab etdiyin şəxsin əli səni qaranlıqdan çəkib çıxarar, sənə həyat verər. Bəli, biz bu müharibədə qalib gəldik – ən əhəmiyyətlisi budur ki, öz insanlığımızı, öz simamızı qoruyaraq qalib gəldik. Bu bizim üçün Vətən müharibəsi idi. Çünki tarixin məğlubiyyətlər zəncirini qırmaq, ədaləti bərpa etmək, Vətəni bütövləşdirmək istəyirdik. Məqsədimiz bizim dağların qarşısında alnıaçıq, üzüağ olmaq idi. Kitabdakı “biz” və “onlar” anlayışlarını yaradan tikanlı məftillər yox, insan taleləridir. Hərbçilərin əsərdə yer almış etirafları, onların müxtəlif müsahibələrindən götürülmüş fikirləri də bu qənaətin yalnış olmadığının təsdiqləyir. “Biz, onlar və bizim dağlar” Birinci Dünya müharibəsindən qalmış məşhur “Live and let live” (“Yaşa və qoy yaşasın”) fəlsəfəsinin döyüş meydanındakı səssiz əks-sədasıdır. Müharibələr bitəndə yaddaşda qalan möhtəşəm qələbələrlə yanaşı, həm də qorunub saxlanmış insanlıq olur. Məhz insanlıq!

Azərbaycan dilində

Natiq Məmmədli

ISBN: 9789952599398

Çap tarixi: 2026

164 səhifə

Yaş Kateqoriyası: Universal

Yumşaq üz qabığı

Ölçü: 135x205 mm

Qiymət: 10.90 AZN

MÜƏLLİFİN KİTABLARI

Sev kitabı, əsəri, nəşri, çap məhsulu

Sev

Natiq Məmmədli
ISBN: 9789952599046
Qiymət: 10.90 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

10 dekabr kitabı, əsəri, nəşri, çap məhsulu

10 dekabr

Corc Sanders
ISBN: 9789952310306
Qiymət: 10.00 AZN
Ətraflı »
Alagözlü Cəlilə kitabı, əsəri, nəşri, çap məhsulu

Alagözlü Cəlilə

Osman Balcıgil
ISBN: 9789952520750
Qiymət: 7.00 AZN
Ətraflı »
Art və Xaos kitabı, əsəri, nəşri, çap məhsulu

Art və Xaos

Qaraqan
ISBN: 9789952310771
Qiymət: 12.90 AZN
Ətraflı »
Ayvinin inqilabı kitabı, əsəri, nəşri, çap məhsulu

Ayvinin inqilabı

Emi Encel
ISBN: 9789952513691
Qiymət: 9.80 AZN
Ətraflı »
Ayvinin kitabı kitabı, əsəri, nəşri, çap məhsulu

Ayvinin kitabı

Emi Encel
ISBN: 9789952510676
Qiymət: 11.20 AZN
Ətraflı »