Sev

  • Sev
    Sev
    Sev

Sev

Sakura ətirli bu məhəbbət romanı günahı yalnız bir-birini sevmək olan, iki fərqli dinə sitayiş edən gənclərin məhəbbətləri yolunda mübarizəsindən bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşığı Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopur. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafi yalara və zamanlara əfsanəvi səyahət başlayır. “Sev” əsl səyahət romanıdır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Roman dünyanı bir mətnə sığışdırmağa cəhd göstərərək universum yaradır. Burada posmodernist elementlər, realizmə ironiya, qloballaşmaya yeni münasibət, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var. Bu baxımdan “Sev” öz fəlsəfi -estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar yurduna can atır. Epiqrafda əsəri başa düşməyin asan yolu da göstərilir: “Yalnız sevənlər anlayar”.

Azərbaycan dilində

Natiq Məmmədli

ISBN: 9789952599046

Çap tarixi: 2025

360 səhifə

Yaş Kateqoriyası: 16+

Yumşaq üz qabığı

Ölçü: 135x205 mm

Qiymət: 10.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

10 dekabr kitabı, əsəri, nəşri, çap məhsulu

10 dekabr

Corc Sanders
ISBN: 9789952310306
Qiymət: 10.00 AZN
Ətraflı »
Alagözlü Cəlilə kitabı, əsəri, nəşri, çap məhsulu

Alagözlü Cəlilə

Osman Balcıgil
ISBN: 9789952520750
Qiymət: 7.00 AZN
Ətraflı »
Art və Xaos kitabı, əsəri, nəşri, çap məhsulu

Art və Xaos

Qaraqan
ISBN: 9789952310771
Qiymət: 12.90 AZN
Ətraflı »
Ayvinin inqilabı kitabı, əsəri, nəşri, çap məhsulu

Ayvinin inqilabı

Emi Encel
ISBN: 9789952513691
Qiymət: 9.80 AZN
Ətraflı »
Ayvinin kitabı kitabı, əsəri, nəşri, çap məhsulu

Ayvinin kitabı

Emi Encel
ISBN: 9789952510676
Qiymət: 11.20 AZN
Ətraflı »