Azərbaycan coğrafiyası

  • Azərbaycan coğrafiyası
    Azərbaycan coğrafiyası
    Azərbaycan coğrafiyası

Azərbaycan coğrafiyası

Azərbaycan ərazisicə böyük ölkə olmasa da, unikal və təkrarolunmaz təbii şəraitin müxtəlifliyinə görə diqqəti cəlb edən məkanlardandır. Ölkə ərazisinin şimal və şimal-qərbdən Böyük Qafqaz sıra dağları, cənub və cənub-qərbdən Talış və Kiçik Qafqaz dağları, şərqdən Xəzər dənizi ilə əhatə olunması onun kompakt bölgə çərçivəsində təbii şəraitinin və təbii ehtiyatlarının zənginliyini müəyyən edir.

Respublikanın ərazisindən regionun ən iri çaylarının (Kür və Araz) keçməsi, böyük əkin sahələri, dağətəyi və sahil ərazilərinin mövcudluğu ölkənin əlverişli təbii şəraitini səciyyələndirərək, burada müxtəlif növ təbii ehtiyatların mənimsənilməsinə şərait yaratmış və ölkənin cazibədar məkana çevrilməsinə səbəb olmuşdur.

Təsərrüfat sahələrinin ərazi üzrə ixtisaslaşması, yerləşdirilmə xüsusiyyətləri və inkişaf səviyyəsi respublika ərazisində 10 iqtisadi-coğrafi rayonun ayrılmasına imkan yaratmışdır. İqtisadi rayonlar arasında olan fərqli insan və təbii resurs potensialı, infrastruktur və maliyyə imkanları onların hər birinin ayrılıqda ölkənin iqtisadi inkişafındakı yerini müəyyən edir.

Ölkəmizin təbii şəraitinin zənginliyini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün ətraf mühitin mühafizəsi və bu istiqamətdə aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, respublika ərazisində milli parklar, qoruqlar, xüsusi mühafizə olunan ərazilərin yaradılması və genişləndirilməsi təbii mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən hesab olunur.
Bütün bunlar və başqa məsələlər kitabda dərindən araşdırılaraq və hərtərəfli işlənilərək, geniş oxucu kütləsinə təqdim edilir.

Azərbaycan dilində

Çingiz İsmayılov
Aydın İbrahimov
Nərminə Süleymanova

ISBN: 9789952494747

Yumşaq üz qabığı

200 səhifə

Ölçü: 148x210 mm

Qiymət: 14.00 AZN

MÜƏLLİFİN KİTABLARI

İqtisadi və sosial coğrafiyanın əsasları kitabı, əsəri, nəşri, çap məhsulu

İqtisadi və sosial coğrafiyanın əsasları

Çingiz İsmayılov
ISBN: 9789952494549
Qiymət: 14.00 AZN
Ətraflı »

BU KATEQORİYAYA AİD KİTABLAR

ABŞ və Beynəlxalq terrorizm problemi kitabı, əsəri, nəşri, çap məhsulu

ABŞ və Beynəlxalq terrorizm problemi

Elman Nəsirov
ISBN: 9789952310375
Qiymət: 15.00 AZN
Ətraflı »
Azərbaycan dilinin tarixi kitabı, əsəri, nəşri, çap məhsulu

Azərbaycan dilinin tarixi

Qəzənfər Kazımov
ISBN: 9789952515381
Qiymət: 12.60 AZN
Ətraflı »
İqtisadi və sosial coğrafiyanın əsasları kitabı, əsəri, nəşri, çap məhsulu

İqtisadi və sosial coğrafiyanın əsasları

Çingiz İsmayılov
ISBN: 9789952494549
Qiymət: 14.00 AZN
Ətraflı »
Uğur qazandıran məktəblər kitabı, əsəri, nəşri, çap məhsulu

Uğur qazandıran məktəblər

Bill Martin
Con Edvards
ISBN: 9789952520651
Qiymət: 28.00 AZN
Ətraflı »