Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Azərbaycan musiqi mədəniyyətinin sütunlarından olan Üzeyir Hacıbəyli (1885-1948) bütün həyatını milli mədəniyyətin inkişafına və milli şüurun yüksəldilməsinə həsr etmiş nəhəng tarixi şəxsiyyətdir. O, Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi və Azərbaycan opera məktəbinin qurucusu kimi böyük şöhrət qazanıb, bəstəkar, dirijor, musiqişünas, publisist, jurnalist, dramaturq, pedaqoq, ictimai xadim, alim və naşir kimi misilsiz işlər görüb. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, professor, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı, Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru olan görkəmli ziyalı tarixə İslam dünyasında ilk operanın və bir əsrdə Azərbaycan xalqının yaratdığı hər iki himnin müəllifi kimi düşüb. “Leyli və Məcnun”, “Şeyx Sənan”, “O, olmasın bu olsun”, “Arşın mal alan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşud Banu”, “Əsli və Kərəm”, “Koroğlu”, “Sənsiz”, “Sevgili canan” və digər əsərləri Azərbaycan mədəniyyətini bütün dünyada tanıdıb və müəllifinə cahanşümul şöhrət qazandırıb.

MÜƏLLİFİN KİTABLARI

Seçilmiş əsərləri kitabı, əsəri, nəşri, çap məhsulu

Seçilmiş əsərləri

Üzeyir Hacıbəyli
ISBN: 9789952540901
Qiymət: 11.90 AZN
Ətraflı »