Seçilmiş əsərləri

  • Seçilmiş əsərləri
    Seçilmiş əsərləri
    Seçilmiş əsərləri

Seçilmiş əsərləri

“Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər...”

Azərbaycan xalqının böyük oğlu, dahi bəstəkar və ədib Üzeyir Hacıbəylinin qələminə məxsus olan bu cümlələr onun sanki özü haqda yazılıb. Müstəsna istedad və qüdrət sahibi olan Üzeyir bəy Azərbaycan mədəniyyətinin və incəsənətinin simvollarından biridir. Anadan olduğu 18 sentyabr günü hər il müstəqil Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunan azman sənətkar məhz belə nadir şəxsiyyətlərdəndir. Onun ədəbi-mədəni irsi əbədiyaşar və həmişə aktualdır. Böyük korifeyin öz sözləri ilə desək, “...ümuminsaniyyətə xeyir gətirmək... üçün yaranan..., öləndən sonra da camaata mənfəət verən” nəhəng ziyalının seçilmiş əsərlərindən ibarət olan bu kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə bu ilin “Şuşa ili” elan edilməsinə bir töhfədir.

Azərbaycan dilində

Üzeyir Hacıbəyli

ISBN: 9789952540901

788 səhifə

Ölçü: 145x218 mm

Yumşaq üz qabığı

Qiymət: 11.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Xəmsə kitabı, əsəri, nəşri, çap məhsulu

Xəmsə

Nizami Gəncəvi
ISBN: 9789952540642
Qiymət: 49.90 AZN
Ətraflı »