XƏBƏRLƏR

TEAS Press nəşriyyat evinin 5 yaşı tamam olur

TEAS Press nəşriyyat evinin 5 yaşı tamam olur

14.11.2019
2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir. Bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən TEAS Press 5 il ərzində 700 addan çox kitab nəşr edib. 
TEAS Press ˝Ən yaxşı nəşriyyat˝ adını qazandı

TEAS Press ˝Ən yaxşı nəşriyyat˝ adını qazandı

29.09.2019

VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən TEAS Press  NəşriyyatI sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün "Ən yaxşı nəşriyyat" mükafatına layiq görülüb.

Hər gün müəlliflər oxucuları ilə görüşəcək

Hər gün müəlliflər oxucuları ilə görüşəcək

23.09.2019
VI Bakı Kitab Sərgi-Yarmarkasında 27-29 sentyabr tarixlərində hər gün TEAS Press Nəşriyyat evinin üç müəllifinin imza saatları keçiriləcək. 
VI Bakı Kitab Sərgi-Yarmarkası keçiriləcək

VI Bakı Kitab Sərgi-Yarmarkası keçiriləcək

23.09.2019
27-29 sentyabr tarixlərində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Ramiz Rövşən sevərləri ilə görüşüb

Ramiz Rövşən sevərləri ilə görüşüb

15.05.2019
Azərbaycanın görkəmli şairi, yazıçısı və kinodramaturqu Ramiz Rövşənin “Sevgi açarı”, “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” kitablarının təqdimatı və imza günü olub.
İlbər Ortaylı ilə görüş və imza günü keçirilib

İlbər Ortaylı ilə görüş və imza günü keçirilib

18.04.2019
Dünyaca tanınmış türkiyəli Tarixçi İlbər Ortaylının "Türklərin Qızıl Dövrü" kitabının imza günü keçirilib. Görüşdə yüzlərlə oxucusu ilə görüşən müəllif daha sonra kitabları bir-bir imzalayıb. 
˝Payız adamı˝ kitabı oxuculara təqdim olundu

˝Payız adamı˝ kitabı oxuculara təqdim olundu

15.04.2019

"Xalqın şairi" televiziya layihəsinin qaliblərindən olan, telejurnalist Mehman Rəsulovun şeirlərdən ibarət ilk  "Payız adamı" kitabının imza günü keçirilib.

˝Əsir düşərgəsi˝ kitabının imza günü keçirilib

˝Əsir düşərgəsi˝ kitabının imza günü keçirilib

01.04.2019

Kitabın müəlliifi Vüsalə Məmmədova kitab haqqında qonaqlara geniş məlumat verib: "Əsir düşərgəsi” kitabında doqquz hekayə toplanıb. Bu hekayələr təxminən otuz insanın, otuz girovun taleyini, yaşadığı faciəni əhatə edir. Birinci kitabdan fərqli olaraq bu kitabda döyüşçü Fəxrəddin Abışovun hekayəsi yer alıb"...

˝Bugünün marketinqi 3˝ kitabının təqdimat-imza günü keçirilib

˝Bugünün marketinqi 3˝ kitabının təqdimat-imza günü keçirilib

11.03.2019

Teas Press Nəşriyyat evinin yeni çapdan çıxan “Bugünün Marketinqi 3-ün təqdimatı-imza günü keçirilib. Təqdimatda çıxış edən kitabın ideya müəllifi, təsisçisi, marketoloq Rafiq Hunaltay deyib ki, 3-cü seriya ilə birlikdə Bugünün Marketinqi kitab seriyası 2011-2018-ci illər Azərbaycan biznes və marketinq dünyasının ən real güzgüsüdür.

˝Şeyx˝ romanının imza günü keçirilib

˝Şeyx˝ romanının imza günü keçirilib

08.03.2019

Sahilə YAYA-nın müəllifi olduğu saytda dördüncü kitabı olan  "Şeyx" romanının imza günü keçirilib. Tədbirdə müəllifin yaxınları və oxucuları iştirak edib.