Güney Azərbaycan ədəbiyyatı antologiyası

  • Güney Azərbaycan ədəbiyyatı antologiyası
    Güney Azərbaycan ədəbiyyatı antologiyası
    Güney Azərbaycan ədəbiyyatı antologiyası

Güney Azərbaycan ədəbiyyatı antologiyası

Güney Azərbaycan ədəbiyyatı Ümumazərbaycan ədəbiyyatının tərkib hissəsi olmaqla, eyni zamanda özünəməxsus xüsusiyyətlərə də malikdir. Ona görə də Azərbaycan ədəbiyyatşünaslığında Güney Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə dair çoxcildlik antologiyalar nəşr edilmişdir. Təqdim olunan antologiyanın yeniliyi ondan ibarətdir ki, o, son otuz ildə Güney Azərbaycanda yazıb-yaradan ədəbi nəslin yaradıcılığını əks etdirir. Burada yüzə yaxın şair və yazıçı haqqında avtobioqrafik məlumat və əsərlərindən örnəklər verilmişdir. Bu yaradıcılıq nümunələri İranla bərabər, dünyanın müxtəlif ölkələrində yaşayan Güney Azərbaycanın çağdaş şair və yazıçılarının yaradıcılığının ümumi mənzərəsini aydın şəkildə əks etdirir.

Antologiyada həm xalq şeiri üslubunda və divan ədəbiyyatı tərzində yazılmış, eyni zamanda Avropada ötən əsrin 60-cı illərində formalaşan "fləş fikşn" (Flash Fiction) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərləri, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlər vardır.
Güneydə ədəbi eksperimentləri ilə tanınan, poeziya sahəsində xüsusi ədəbi tərz, üslub yaratmağa nail olan Hüseyn Süleymanoğlunun "Bilimsəl", Nadir Əzhərinin "Donuq şeir planı" və Ziba Kərbasinin "Nəfəs" şeirləri yeni, avanqard yanaşmalara nümunədir.
Antologiyada toplanan əsərlər ədəbi aləmdə müasir Güney Azərbaycan ədəbiyyatının əsas meyilləri, məzmunu və dili haqqında da ətraflı təsəvvür yaradacaqdır.

Azərbaycan dilində

Pərvanə Məmmədova

ISBN: 9789952494655

Yumşaq üz qabığı

364 səhifə

Ölçü: 145x205 mm

Qiymət: 14.00 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

44 Fəsil kitabı, əsəri, nəşri, çap məhsulu

44 Fəsil

Kollektiv müəllif
ISBN: 978-9952-540-34-5
Qiymət: 9.90 AZN
Ətraflı »
Edqar Podan Etqar Keretə qədər kitabı, əsəri, nəşri, çap məhsulu

Edqar Podan Etqar Keretə qədər


ISBN: 978-9952-310-75-7
Qiymət: 9.00 AZN
Ətraflı »
Kafkadan Rilkeyə qədər kitabı, əsəri, nəşri, çap məhsulu

Kafkadan Rilkeyə qədər


ISBN: 978 9952 313 93 2
Qiymət: 7.90 AZN
Ətraflı »
Nüzhətül-məcalis kitabı, əsəri, nəşri, çap məhsulu

Nüzhətül-məcalis

Tərtibçi: Camal Xəlil Şirvani
ISBN: 9789952510850
Qiymət: 16.80 AZN
Ətraflı »
Xalqın şairi kitabı, əsəri, nəşri, çap məhsulu

Xalqın şairi


ISBN: 9789952310627
Qiymət: 4.50 AZN
Ətraflı »