Xalqın şairi
Xalqın şairi
Bu kitabda şeirləri çap olunan gənc şairlər
“Xalqın şairi” söz müsabiqəsinin qalibləridir.
Müsabiqədə yaşından və yazdığı şeirin janrından asılı olmayaraq, Azərbaycanın bütün
bölgələrindən olan yüzlərlə poeziya həvəskarı
iştirak edib. Əsl söz festivalı, söz bayramı olan
bu müsabiqə ədəbi mühitdə böyük canlanma
yaradıb. Ən uzaq dağ kəndində və yaxud şəhərdə
yaşayan şair təbiətli gənclərin yaradıcılıq potensialı, bədii təfəkkürü, dünyaya baxışı ədəbi
ictimaiyyət üçün maraqlı olub. Əsərləri geniş
oxucu kütləsinə indiyə kimi məlum olmayan
neçə-neçə gənc istedad məhz “Xalqın şairi”
müsabiqəsi sayəsində üzə çıxarılıb və ədəbi ictimaiyyətə tanıdılıb.